"Rabitəbank" və “Bank of New York Mellon” arasında ikitərəfli görüş keçirilib

"Rabitəbank" və “Bank of New York Mellon” arasında ikitərəfli görüş keçirilib Azərbaycan Mərkəzi Bankın təşkilatçılığı, "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin dəstəyi ilə ABŞ-nin paytaxtı Vaşinqtona baş tutmuş işgüzar səfərin II günündə "Rabitəbank" ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriyev və “Bank of New
Maliyyə
29 Aprel , 2024 14:05
Rabitəbank və “Bank of New York Mellon” arasında ikitərəfli görüş keçirilib

Azərbaycan Mərkəzi Bankın təşkilatçılığı, "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin dəstəyi ilə ABŞ-nin paytaxtı Vaşinqtona baş tutmuş işgüzar səfərin II günündə "Rabitəbank" ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriyev və “Bank of New York Mellon” (BNY Mellon) rəhbərliyi arasında ikitərəfli görüş keçirilib.

"Honeyvell" Texnologiya və Təcrübə Mərkəzində baş tutan görüşdə “BNY Mellon”un rəhbər əməkdaşları süni intellektin bank əməliyyatlarında tətbiqi, risklərin idarəedilməsi, kreditləşmə sahəsində imkanlar, komplayns mövzularında təqdimat və çıxışlar edib, suallar cavablandırılıb.

"Rabitəbank" 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Son xəbərlər

Orphus sistemi