“Rabitəbank” səhmdarlarına hesabat verəcək
- 31 yanvar, 2022
- 04:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Martın 15-də, saat 17:00-da “Rabitəbank” ASC-nin səhmdarlarının ənənəvi ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 33 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə "Rabitəbank"ın 2021-ci il üzrə maliyyə hesabatlarının, Bankın Audit Komitəsinin hesabatının təsdiq edilməsi və təşkilati məsələlər daxildir.
Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 40,6 %-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19 %-lik səhmdarı), 30 %-i Validə Abbasovaya, 11,48 %-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 9,11 %-i Dilarə Nuriyevaya, 7,6 %-i Seyran Nuriyevə (Bankın baş direktoru), 1,07 %-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14 %-i isə 12 hüquqi şəxsə məxsusdur.