"Rabitəbank" ötən ilin maliyyə nəticələrini açıqlayıb

Maliyyə
  • 26 yanvar, 2022
  • 07:36
Rabitəbank ötən ilin maliyyə nəticələrini açıqlayıb

"Rabitəbank" ASC 2021-ci ili ili 2,725 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 25% çoxdur.

Ötən il "Rabitəbank"ın gəlirləri 83,591 milyon manat (əvvəlki illə müqayisədə 39% çox), xərcləri 64,82 milyon manat (54% çox), xüsusi ehtiyatlara ayırmaları 15,048 milyon manat (4,2% az), mənfəət vergisi ödəmələri isə 998 min manat (7,45 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Rabitəbank"ın aktivləri 1 017,873 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 22,5% çoxdur. Bunun 441,804 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə Bankın kredit portfeli 10,4% böyüyüb.

Hesabat dövründə "Rabitəbank"ın öhdəlikləri 25,4% artaraq 918,448 milyon manata, o cümlədən depozit portfeli 32,7% artaraq 724,682 milyon manata, balans kapitalı isə 0,7% artaraq 99,425 milyon manata çatıb.

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 40,6 %-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19 %-lik səhmdarı), 30 %-i Validə Abbasovaya, 11,48 %-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 9,11 %-i Dilarə Nuriyevaya, 7,6 %-i Seyran Nuriyevə (Bankın baş direktoru), 1,07 %-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14 %-i isə 12 hüquqi şəxsə məxsusdur.

44 filmi