"Rabitəbank" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 16 yanvar, 2025
  • 12:44
Rabitəbank maliyyə vəziyyətini açıqlayıb

"Rabitəbank" ASC ötən ili 14,851 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 13,7 % çoxdur.

Ötən il "Rabitəbank"ın gəlirləri 167,258 milyon manat (illik müqayisədə 17,2 % çox), xərcləri 142,124 milyon manat (20 % çox), xüsusi ehtiyatlara ayırmaları 4,539 milyon manat (21,1 % az), mənfəət vergisi ödəmələri isə 5,745 milyon manat (5,4 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Rabitəbank"ın aktivləri 1 milyard 154,465 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,4 % çoxdur. Bunun 824,572 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 16,9 % böyüyüb.

Hesabat dövründə "Rabitəbank"ın öhdəlikləri 0,9 % artaraq 1 milyard 31,499 milyon manat, o cümlədən depozit portfeli 10,2 % azalaraq 677,219 milyon manat, balans kapitalı isə 5,7 % artaraq 122,965 milyon manat olub.

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 40,6 %-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19 %-lik səhmdarı), 20,13 %-i Validə Abbasovaya, 14,51 %-i Seyran Nuriyevə (Bankın baş direktoru), 14,45 %-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri),9,11 %-i Dilarə Nuriyevaya, 1,07 %-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14 %-i isə 12 hüquqi şəxsə məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti