"Rabitəbank" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 15 yanvar, 2024
  • 06:02
Rabitəbank maliyyə vəziyyətini açıqlayıb

"Rabitəbank" ASC 2023- cü ili 13,061 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 16,8 % çoxdur.

Ötən il "Rabitəbank"ın gəlirləri 142,715 milyon manat (əvvəlki illə müqayisədə 21,7 % çox), xərcləri 118,453 milyon manat (22,6 % çox), xüsusi ehtiyatlara ayırmaları 5,75 milyon manat (61,4 % çox), mənfəət vergisi ödəmələri isə 5,451 milyon manat (7,3 % az) təşkil edib.

Bu il yanvarın 1-nə "Rabitəbank"ın aktivləri 1 milyard 138,45 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 19,2 % çoxdur. Bunun 705,592 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 20,2 % böyüyüb.

Hesabat dövründə "Rabitəbank"ın öhdəlikləri 21,2 % artaraq 1 022,098 milyon manata, o cümlədən depozit portfeli 24,2 % artaraq 753,824 milyon manata, balans kapitalı isə 4,3 % artaraq 116,352 milyon manata çatıb.

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 40,6 %-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19 %-lik səhmdarı), 20,13 %-i Validə Abbasovaya, 14,51 %-i Seyran Nuriyevə (Bankın baş direktoru), 14,45 %-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri),9,11 %-i Dilarə Nuriyevaya, 1,07 %-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14 %-i isə 12 hüquqi şəxsə məxsusdur.