"Rabitəbank" maliyyə vəziyyətini açıqlayıb
- 16 oktyabr, 2023
- 05:47
Yeniliklərdən dərhal xəbərdar olun!
"Rabitəbank" ASC bu ilin yanvar-sentyabr aylarını 13,454 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 32,7% çoxdur.
9 ay ərzində "Rabitəbank"ın gəlirləri 100,61 milyon manat (illik müqayisədə 19,6 % çox), xərcləri 82,209 milyon manat (19,8 % çox), xüsusi ehtiyatlara ayırmaları 1,583 milyon manat (44,1 % az), mənfəət vergisi ödəmələri isə 3,363 milyon manat (32,7% çox ) təşkil edib.
Bu il oktyabrın 1-nə "Rabitəbank"ın aktivləri 1 milyard 3,768 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 12,5 % çoxdur. Bunun 684,21 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 21,2 % böyüyüb.
Hesabat dövründə "Rabitəbank"ın öhdəlikləri 13,5 % artaraq 884,284 milyon manata, o cümlədən depozit portfeli 14,8 % artaraq 635,157 milyon manata, balans kapitalı isə 5,7 % artaraq 119,484 milyon manata çatıb.
Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 40,6 %-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19 %-lik səhmdarı), 20,13 %-i Validə Abbasovaya, 14,51 %-i Seyran Nuriyevə (Bankın baş direktoru), 14,45 %-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri),9,11 %-i Dilarə Nuriyevaya, 1,07 %-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14 %-i isə 12 hüquqi şəxsə məxsusdur.