​"Rabitəbank" konvertasiya haqqını kəskin artırıb

​"Rabitəbank" konvertasiya haqqını kəskin artırıb Bu, bütün nağdsız əməliyyatlara aiddir
Maliyyə
8 Yanvar , 2016 15:41
​Rabitəbank konvertasiya haqqını kəskin artırıb

Bakı. 8 yanvar. REPORT.AZ/ "Rabitəbank" ASC müştərilər üçün kartlarla əməliyyatlar üzrə konvertasiya haqqını 5%-ə qaldırıb. "Report"un Banka istinadən verdiyi xəbərə görə, beləliklə də vəsaitlərin digər valyutaya konvertasiya haqqı 10 dəfə artıb. 

"Dəyişiklik bu gündən qüvvəyə minib. Bu, bütün əməliyyatlara aiddir", - deyə Bankdan bildirilib

Bu günədək vəsaitlərin digər valyutaya konvertasiya haqqı 0,5% təşkil edib. 

Bildirək ki, "Rabitəbank"da dollar satışı da dayandırılıb. Bankın dollar üçün müəyyənləşdirdiyi alış-satış məzənnələri isə müvafiq olaraq 1,57 AZN/USD və 1,75 AZN/USD təşkil edir. 

Son xəbərlər

Orphus sistemi