"Rabitəbank"ın xalis mənfəəti 4 dəfə artıb
- 23 yanvar, 2023
- 05:32
Yeniliklərdən dərhal xəbərdar olun!
"Rabitəbank" ASC 2022-ci ili 11,181 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 4,1 dəfə çoxdur.
Ötən il "Rabitəbank"ın gəlirləri 117,222 milyon manat (əvvəlki illə müqayisədə 40,2 % çox), xərcləri 96,596 milyon manat (49 % çox), xüsusi ehtiyatlara ayırmaları 3,563 milyon manat (76,3 % az), mənfəət vergisi ödəmələri 5,882 milyon manat (5,9 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Rabitəbank"ın aktivləri 954,99 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,2 % azdır. Bunun 587,027 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 32,9 % böyüyüb.
Hesabat dövründə "Rabitəbank"ın öhdəlikləri 8,2 % azalaraq 843,394 milyon manata, o cümlədən depozit portfeli 16,2 % azalaraq 607,004 milyon manata düşüb, balans kapitalı isə 12,2 % artaraq 111,596 milyon manata çatıb.
Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 40,6 %-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19 %-lik səhmdarı), 20,13 %-i Validə Abbasovaya, 14,45 %-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 14,51 %-i Seyran Nuriyevə (Bankın baş direktoru), 9,11 %-i Dilarə Nuriyevaya, 1,07 %-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14 %-i isə 12 hüquqi şəxsə məxsusdur.