“Rabitəbank”ın səhmdarlarının yığıncağı keçiriləcək

“Rabitəbank”ın səhmdarlarının yığıncağı keçiriləcək Noyabrın 17-də, saat 17:00-da “Rabitəbank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Maliyyə
29 Sentyabr , 2020 09:16
“Rabitəbank”ın səhmdarlarının yığıncağı keçiriləcək

Noyabrın 17-də, saat 17:00-da “Rabitəbank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 33 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə 2021-ci maliyyə ili üçün büdcə proqnozlarının təsdiq edilməsi və təşkilati məsələlər daxildir.

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 40,6%-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19%-lik səhmdarı), 30%-i Validə Abbasovaya, 11,48%-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 9,11%-i Dilarə Nuriyevaya, 7,6%-i Seyran Nuriyevə (Bankın baş direktoru), 1,07%-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14%-i isə 12 hüquqi şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi