"Rabitəbank"ın səhmdarlarının pay bölgüsü dəyişib
- 20 avqust, 2025
- 12:17
Yeniliklərdən dərhal xəbərdar olun!
"Rabitəbank" ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.
"Report" bu barədə Bankın yarım illik idarəetmə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, "Rabitəbank"ın səhmlərinin müvafiq olaraq 40,6 %-nə və 14,44 %-nə nəzarət edən Rauf Əliyev (Bankın Müşahidə Şurasının üzvü) və Zakir Nuriyev (Bankın Müşahidə Şurasının sədri) paylarını 38,6 %-ə və 13,51 %-ə endiriblər. Əvəzində digər hüquqi və fiziki şəxslər payını 49,18 %-dən 52,11 %-ə çatdırıblar. Konkret olaraq Validə Abbasovanın və Dilarə Nuriyevanın payları dəyişməyib - müvafiq olaraq 34,64 % və 9,11 % qalıb.
R.Əliyev həm də "Meqa Sığorta" ASC-nin 19%-lik səhmdarıdır.
Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır.