Bakı. 7 aprel. REPORT.AZ/ “Rabitəbank” ASC-də yeni baş direktor təyinatı olub. “Report” xəbər verir ki, Bankın yeni baş direktoru Binnət Novruzov təyin edilib. Bununla da adıçəkilən Bankın baş direktorlarının ümumi sayı 6-ya çatdırılıb.
Qeyd edək ki, B.Novruzov bu posta "Rabitəbank"ın Nəzarət və monitorinq Departamentinin direktoru vəzifəsindən gətirilib.
Yeni baş direktor 2007-2008-ci illərdə “Unibank” ASC-də büdcədə planlaşdırması üzrə baş mütəxəssis vəzifəsində işləyib.