Qurban bayramı ilə əlaqədar banklar gücləndirilmiş rejimdə işləyəcək

Qurban bayramı ilə əlaqədar banklar gücləndirilmiş rejimdə işləyəcək Paytaxtda və bölgələrdə fəaliyyət göstərən 23 bankın 76 struktur bölməsi müştərilərə xidmət göstərəcək
Maliyyə
168
28 Avqust , 2017 17:44
Qurban bayramı ilə əlaqədar banklar gücləndirilmiş rejimdə işləyəcək

Bakı. 28 avqust. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə Qurban bayramı ilə əlaqədar qeyri-iş günləri ərzində əhalinin və çoxsaylı turistlərin bank xidmətlərindən rahat faydalanması üçün bir sıra bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.

“Report" bu barədə Palataya istinadən xəbər verir.

Bayram günləri ərzində valyuta mübadiləsi xidmətlərinə rahat çıxışı təmin etmək məqsədilə paytaxtda və bölgələrdə fəaliyyət göstərən 23 bankın 76 struktur bölməsi müştərilərə xidmət göstərəcək. Bakı şəhərində yerləşən 4 bankın 2 filialı və 2 şöbəsi 24/7 rejimində işləyəcək.

Bayram günlərində həmçinin MBNP-nin işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı sual və problemlə bağlı Palatada yaradılmış qaynar xəttə müraciət edilə bilər: əlaqələndirici şəxs - Azər Quluyev (e-mail: azar.guluyev@fimsa.az; tel.: (+994 51) 444 25 32).