Bakı. 14 dekabr.
Dünənlə müqayisədə, "Bitcoin" 3%-dən çox ucuzlaşaraq 16 400 dollara geriləyib. Lakin, ilk 10-luqda yer alan kriptovalyutalardan 7-nin qiyməti artıb, 2-nin isə azalıb. Qiyməti azalan "Litecoin" və "IOTA" son günlər sürətli yüksəliş göstərdikdən sonra, bir qədər fasilə verdiyi bildirilir.
"Report"un analitik qrupu "Bitcoin"in qiymətinin tədricən 12-14 min dollar diapazonuna geriləyəcəyini, əksinə, kiçik kriptovalyutaların bahalaşmağa davam edəcəyini proqnozlaşdırır: "Kriptovalyuta bazarının 2018-ci ilin ilk rübündə 1 trln. dollara çatacağı ehtimal edilir. "Bitcoin"lə digər rəqəmsal valyutalar arasında tərs-korrelasiya yaranıb və bu trendin 2018-ci ildə davam edəcəyi gözlənilir".