Qlobal hərbi xərclər 2 trilyon dollara çatıb
- 27 aprel, 2021
- 12:30
2020-ci ildə dünyada hərbi xərclər 2019-cu illə müqayisədə 2,6% artaraq 1,981 trilyon dollara çatıb.
“Report” xəbər verir ki, bu barədə İsveçin paytaxtı Stokholmda fəaliyyət göstərən Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) “Qlobal hərbi xərclər” adlı hesabatında bildirilir.
Sənədə əsasən, qeyd olunan məbləğ 1988-ci ildən bəri ən yüksək həddir. Ötən il hərbi xərclərin milli gəlirlərə nisbəti 0,2% bəndi artaraq 2,4%-ə yüksəlib.
2020-ci ildə qlobal hərbi xərclərin 62%-i ABŞ, Çin, Hindistan, Rusiya və İngiltərənin payına düşüb.
Hesabat dövründə ABŞ-ın hərbi xərcləri 4,4% artaraq 778 milyard dollara çatıb, amma bu, 2011-ci illə müqayisədə 10% azdır.
Çinin hərbi xərcləri 2011-2020-ci illərdə 76% artaraq 252 milyard dollar, Hindistanın hərbi xərcləri 34% artaraq 72,9 milyard dollar, Rusiyanın hərbi xərcləri isə 26% artaraq 61,7 milyard dollar olub.