Qlobal borc ÜDM-i 3 dəfə üstələyib

Qlobal borc ÜDM-i 3 dəfə üstələyib Bu il 1,1 trln. dollarlıq borc yenidən maliyyələşdirilməlidir
Maliyyə
5 Aprel , 2017 13:56
Qlobal borc ÜDM-i 3 dəfə üstələyib

Bakı. 5 aprel. REPORT.AZ/ Qlobal borc yükünün həcmi 2016-cı ildə 7,6 trln. ABŞ dolları və ya 3,66% artaraq 215 trln. dollara çatıb. "Report" Vaşinqtonun "Institute of International Finance" (İİF) təşkilatının hesabatına istinadən bildirir ki, bu, 2016-cı il məcmu dünya ÜDM-nin 325%-nə bərabərdir. Qeyd edək ki, məcmu borca korporativ sektor, ev təsərrüfatları və dövlət sektoru aid edilir. IIF 2017-ci ildə 1,1 trln. dollar borcun yenidən maliyyələşdiriləcəyini qeyd edib.

IIF-ə görə, inkişaf etmiş ölkələrin borc yükü inkişafda olan ölkələrin borcundan çoxdur və 160 mlrd. dollara bərabərdir. Həmçinin, inkişaf etmiş ölkələrin borcu onların ÜDM-nin 390%-nə çatıb. Son 10 ildə bu ölkələrdə borc 32 trln. dollar və ya 25% artıb. Əsas artım dövlət borcları üzrə olub. Belə ki, hesabat dövründə dövlət borcunun ÜDM-ə nisbəti 70%-dən 115%-ə yüksəlib.

İnkişaf etməkdə olan ölkələrdə isə son 10 ildə borc yükü əsasən qeyri-maliyyə sektoru hesabına artıb. 2006-cı ildə ÜDM-in 68%-ni təşkil edən borc, 2016-cı ilin sonunda 100%-ə çatıb. Ən çox qeyri-maliyyə sektorunun korporativ borcu artan ölkələr Çin, Türkiyə, Çili və Səudiyyə Ərəbistanı olub. Məcmu borc isə son 10 ildə 43,3% artaraq 55,9 trln. dollara və ya ÜDM-in 215%-nə yüksəlib.

Son xəbərlər

Orphus sistemi