Qızılın qiyməti cüzi düşüb

Qızılın qiyməti cüzi düşüb Qızıl cüzi ucuzlaşıb. Bu, maliyyə bazarlarında ümumi inamsızlığın mövcud olmasından xəbər versə də, qızılın 1 unsiyasının qiyməti hələ də 1 900 ABŞ dollarından yuxarı qalmaqda davam edir.
Maliyyə
27 Aprel , 2022 11:41
Qızılın qiyməti cüzi düşüb

Qızıl cüzi ucuzlaşıb. Bu, maliyyə bazarlarında ümumi inamsızlığın mövcud olmasından xəbər versə də, qızılın 1 unsiyasının qiyməti hələ də 1 900 ABŞ dollarından yuxarı qalmaqda davam edir.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın iyun fyuçersləri 0,21%, yaxud 4 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 900,1 ABŞ dollarına satılıb.

Gümüşün may fyuçerslərinin qiyməti isə 0,33% artaraq, 1 unsiyası 23,62 ABŞ dolları təşkil edib. ABŞ indekslərinin düşməsi qızılın qiyməti üzərində təzyiq yaradır. Belə ki, “Tesla”nın səhmlərinin kəskin ucuzlaşması fonunda NASDAQ şirkəti də daxil olmaq, ABŞ-ın əsas indikatorlarının indekslərində düşüş qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi