Qızılın qiyməti yenidən artmağa başlayıb

Qızılın qiyməti yenidən artmağa başlayıb Qızılın qiyməti cüzi artsa da bir unsiya üçün 1640 dollardan aşağı qalmaqdadır.
Maliyyə
27 Sentyabr , 2022 10:25
Qızılın qiyməti yenidən artmağa başlayıb

Qızılın qiyməti cüzi artsa da bir unsiya üçün 1640 dollardan aşağı qalmaqdadır.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,32 % və ya 5,25 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1638,65 ABŞ dollarına satılıb. Dünən minimum qiymət 1,628,3 dollar olub, bu isə 2020-ci ilin aprel ayından sonra ən aşağı göstəricidir. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 0,09 % artaraq 1 unsiyası 18,497 ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi