Qızıl dolların möhkəmlənməsi fonunda ucuzlaşıb

Qızıl dolların möhkəmlənməsi fonunda ucuzlaşıb Bazar ertəsi səhər qızılın qiyməti ABŞ-da inflyasiya ilə bağlı statistik məlumatların açıqlanması ərəfəsində düşüb.
Maliyyə
13 Fevral , 2023 10:32
Qızıl dolların möhkəmlənməsi fonunda ucuzlaşıb

Bazar ertəsi səhər qızılın qiyməti ABŞ-da inflyasiya ilə bağlı statistik məlumatların açıqlanması ərəfəsində düşüb.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 4,05 ABŞ dolları və ya 0,22 % ucuzlaşaraq 1 unsiyası                    1 870,45 ABŞ dollara satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 1,01 % azalaraq 1 unsiyası 21,852 ABŞ dolları olub.

Qeyd edək ki, ABŞ dollarının indeksi 0,14 % artaraq 103,78 bənd təşkil edib. Dolların möhkəmlənməsi isə qızılın qiymətinə mənfi təsir göstərərək onu başqa valyutada almaq üçün daha az əlçatan edir.

Son xəbərlər

Orphus sistemi