“Qırmızı Ürəklər” Fondunun dəstəyilə Qazax və Şabranda “Vətən Bağı” salındı

“Qırmızı Ürəklər” Fondunun dəstəyilə Qazax və Şabranda “Vətən Bağı” salındı “Qırmızı Ürəklər” Fondu 2021-ci ildən etibarən I və II Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə ölkənin bir sıra şəhər və rayonlarında “Vətən Bağı” layihəsini həyata keçirir. Layihə çərçivəsind
Maliyyə
6 Dekabr , 2023 10:55
“Qırmızı Ürəklər” Fondunun dəstəyilə Qazax və Şabranda “Vətən Bağı” salındı

“Qırmızı Ürəklər” Fondu 2021-ci ildən etibarən I və II Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə ölkənin bir sıra şəhər və rayonlarında “Vətən Bağı” layihəsini həyata keçirir. Layihə çərçivəsində rayon və şəhər üzrə şəhidlik zirvəsinə ucalan igidlərin xatirəsinə eyni sayda ağac əkilir. Layihə həmçinin Azərbaycanın ekoloji mühitinə töhfə vermək məqsədi daşıyır.

Budəfəki ağacəkmə aksiyası “PAŞA Holdinq” MMC-nin dəstəyi ilə Qazax rayonunda, “Kapital Bank” ASC-nin dəstəyi ilə Şabran rayonunda həyata keçirilib. Qazaxda 350, Şabranda 140 ədəd olmaqla ümumilikdə 490 ədəd sərv və tuya ağacı əkilib. Ağacəkmə aksiyasında şəhid ailələri, qazilər, rayon və şəhər ictimaiyyətinin nümayəndələri, “Kapital Bank”ın və “Qırmızı Ürəklər” Fondunun əməkdaşları iştirak etdilər. Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yerli İcra Hakimiyyəti orqanlarının dəstəyi ilə baş tutub. Tədbirdə iştirak edən şəhid ailələri bu təşəbbüsə görə fonda və aidiyyəti qurumlara təşəkkür ediblər.

“Vətən Bağı” əsasən insanların sıx yaşadığı yerlərdə, parklarda və şəhər mərkəzlərində salınır. Bununla da ölkə ərazisində “Vətən Bağı”nın sayı 28-ə çatıb. Layihənin ağacəkmə mövsümü zamanı davam etdirilməsi planlaşdırılır. Əkilən ağaclara qulluq olunması, suvarlanması və digər lazımi tədbirləri yerli İcra Hakimiyyəti orqanları və “Qırmızı Ürəklər” Fondu həyata keçirir.

“Qırmızı Ürəklər” Fondu 2019-cu ildə “Kapital Bank”ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Təşkilat əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. //redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi