Qırğızıstan 20 ölkə ilə milli valyutada hesablaşmalar aparmaq niyyətindədir

Qırğızıstan 20 ölkə ilə milli valyutada hesablaşmalar aparmaq niyyətindədir ​Avrasiya əməkdaşlıq üzrə maliyyə bank Assosiasiyası Qırğızıstanda ticarət birjası filialının açılmasını təklif edir
Maliyyə
30 Mart , 2017 10:09
Qırğızıstan 20 ölkə ilə milli valyutada hesablaşmalar aparmaq niyyətindədir

Bakı. 30 mart. REPORT.AZ/ Qırğızıstan 20-dən çox ölkə ilə qarşılıqlı ticarət əməliyyatlarında hesablaşmaları milli valyutası - som ilə həyata keçirə bilər. Bu barədə Qırğızıstan Banklar Assosiasiyasının prezidenti Ənvər Abdrayev məlumat verib.

"Report" bu barədə "Sputnik"ə istinadən xəbər verir.

Bu gün Qırğızıstan digər ölkələrlə hesablaşmaları dollarla həyata keçirir. Ə.Abdrayevin sözlərinə görə, bundan əvvəl baş ofisi Astanada, Moskvada filialı olan ticarət birjası yaradılıb. Ötən il hesablaşmaların məbləği 500 mln. rubl (8,77 mln. ABŞ dolları) təşkil edib. Bir müddət əvvəl Avrasiya əməkdaşlıq üzrə maliyyə-bank Assosiasiyası hazırkı birjanın Qırğızıstanda filialının açılmasını təklif edib.

"Assosiasiyaya 20-dən çox ölkə daxildir. Əsas məsələ ticarətin milli valyutada - rubl, tenge, o cümlədən somda aparılmasıdır. Düşünürəm ki, bu ölkələrlə ticarət əməliyyatlarını dollar, avro və konvertasiya olmadan milli valyutada aparacağıq".

O bildirib ki, artıq danışıqlara başlanılıb və Qırğızıstanda birjanın filialının yaradılması üçün normativ baza öyrənilir.

Assosiasiyanın üzv və tərəfdaşlarına Rusiya, Tacikistan, Qazaxıstan, Mərkəzi və Şərqi Avropa ölkələrinin maliyyə-bank assosiasiyaları, Çin, Qazaxıstan, Sloveniya, Rumıniya, Rusiya və Özbəkistanın bankları və kommersiya qurumları daxildir.

Son xəbərlər

Orphus sistemi