“Azərbaycanda olan investisiya portfelimizi genişləndirməyə çalışırıq və bununla bağlı danışıqlar aparırıq. Konkret rəqəm demək olmasa da təxminən bu göstəricinin 7%-ə çatacağını düşünürəm”.
Bunu Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçirilmiş "Astana İqtisadi Forumu" (AEF-2019) çərçivəsində "Report"a eksklüziv açıqlamasında Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Dmitri Pankin deyib.
Ölkənin QDTİB-nın mövcud kredit portfelində payı 4 faizdən bir qədər artıqdır. D.Pankinin bu vaxta qədər
O, həmçinin Azərbaycanın bankda iştirak payının artırılması məsələsinə də toxunub:
“Hazırda Azərbaycanın Bankda iştirak payının artırılması müzakirə edilmir. Əsas müzakirə mövzusu Bankın kapitalının artırılması və layihələr portfelinin genişləndirlməsidir. Hazırda Azərbaycanın QDTİB-də iştirak payı sabit olaraq 5 faizdir”.
Xatırladaq ki, 2008-ci ildə Azərbaycan Bankın kapitalında payını 2 faizdən 5 faizə qədər artıb.
Qara Dəniz Ticarət və İnkişaf Bankı beynəlxalq dövlətlərarası maliyyə kredit təşkilatıdır. Bank Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər - Albaniya, Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Yunanıstan və Ukrayna tərəfindən yaradılmışdır. Azərbaycan Respublikasını Bankın Rəhbərlər Şurasında maliyyə naziri
Bankın nizamnamə kapitalı 3,45 milyard avro təşkil edir.