“Qarant Holdinq”in broker şirkəti bağlanıb
- 18 sentyabr, 2014
- 10:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Qarant İnvest” MMC-nin lisenziya fəaliyyətini dayandırıb. Bu barədə “Report”a QKMK-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, Komitənin bu qərarından sonra hazırda qiymətli kağızlar bazarında 13 broker fəaliyyəti, 13 diler fəaliyyəti və 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası, 2 klirinq və aktivlərin idarə olunması üzrə 2 təşkilatın xüsusi razılıqları (lisenziyalar) qüvvədədir.
Xatırladaq ki, “Qarant İnvest” MMC 2011-ci ildə yaradılıb və broker fəaliyyəti göstərməsi üçün 5 illik lisenziya alıb. Şirkət “Qarant Holdinq”ə daxil olan “Qarant Sığorta”nın törəmə müəssisəsi kimi fəaliyyət göstərib.