Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanla bağlı yeni strategiyasını bu ilin sonuna qədər təqdim edəcək - EKSKLÜZİV

Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanla bağlı yeni strategiyasını bu ilin sonuna qədər təqdim edəcək - EKSKLÜZİV “Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanla bağlı yeni strategiya üzərində işləyir və onu bu ilin sonuna qədər təqdim etməyə hazırlaşır”.
Maliyyə
17 May , 2019 16:08
Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanla bağlı yeni strategiyasını bu ilin sonuna qədər təqdim edəcək - EKSKLÜZİV

“Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanla bağlı yeni strategiya üzərində işləyir və onu bu ilin sonuna qədər təqdim etməyə hazırlaşır”.

Bunu Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçirilən "Astana İqtisadi Forumu" (AEF-2019) çərçivəsində "Report"a açıqlama verən Bankın prezidenti Dmitri Pankin deyib.

Onun sözlərinə görə, 2019-2022-ci illəri əhatə edəcək bu sənədlə bağlı şəxsən Azərbaycana səfər edəcək.

“Düşünürəm ki, ilin sonuna qədər bu strategiyanı hazırlayıb təqdim edəcəyik. Bununla bağlı Azərbaycana səfərim gözlənilir”, - deyə o qeyd edib.

Xatırladaq ki, Azərbaycan QDTİB-nin 5%-lik səhmdarıdır. Bankın kredit portfelində ölkəmizin payı 7,2% təşkil edir. 

Son xəbərlər

Orphus sistemi