Qalmaqallı şirkətin səhmləri kəskin bahalaşdı

Qalmaqallı şirkətin səhmləri kəskin bahalaşdı Ötən il Almaniyada böyük qalmaqala səbəb olmuş “Wirecard” şirkətinin səhmləri bu ilin əvvəlindən 332,5 faiz bahalaşıb.
Maliyyə
6 Yanvar , 2021 18:38
Qalmaqallı şirkətin səhmləri kəskin bahalaşdı

Ötən il Almaniyada böyük qalmaqala səbəb olmuş “Wirecard” şirkətinin səhmləri bu ilin əvvəlindən 332,5 faiz bahalaşıb.

“Report” xəbər verir ki, şirkətin ötən il ərzində 130 ABŞ dollarından 0,3 dollaradək ucuzlaşmış səhmləri cari ilin iki hərrac günü ərzində 1,152 dollaradək bahalaşıb.

Həm də hərrac vaxtı səhmlər bir ara 1,345 dollardan satılırdı ki, bu da ötən ilin avqust ayından bu yana ən yüksək həddir.

Qeyd edək ki, ötən ilin iyun ayında Almaniyanın İKT bazarında liderlərdən biri olan “Wirecard” şirkətinin 2019-cu ilə dair maliyyə sənədlərini araşdıran auditorlar 1,9 milyard avroluq çatışmazlıq aşkarlayıblar. Maliyyə hesabatı geri qaytarılan şirkətin rəhbəri Markus Braun istefa verib. Daha sonra barəsində şirkətə sərmayədar və müştəri cəlb etmək məqsədilə sövdələşmə gəlirlərinə dair sənədləri saxtalaşdırmaq şübhəsilə təhqiqat başlanıb.

Hazırda “Wirecard” şirkətinin keçmiş rəhbərlərilə bağlı araşdırma aparılır. Onlardan M.Braun və daha iki nəfər həbsdədirlər, qalanları axtarılır.

Son xəbərlər

Orphus sistemi