​"Qala Sığorta" yeni xidmətlər göstərəcək

​"Qala Sığorta" yeni xidmətlər göstərəcək Şirkət bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib
Maliyyə
16 İyun , 2016 14:03
​Qala Sığorta yeni xidmətlər göstərəcək

Bakı. 16 iyun. REPORT.AZ/ "Qala Sığorta" ASC yeni sığorta xidmətləri göstərmək üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib. Bu barədə "Report"a Şirkətin İdarə Heyətinin sədri Viladi Maniyev məlumat verib.

"Hazırda tibbi sığorta, eləcə də avtomobillərin icbari və könüllü sığortası xidmətləri göstərmək üçün Palatadan cavab gözləyirik", - deyə V.Maniyev qeyd edib.

Onun sözlərinə görə, hələlik "Qala Sığorta" müştərilərə yalnız əmlakla bağlı sığorta xidmətləri təklif edir: "Bizdə daşınmaz əmlakın icbari və könüllü sığortası xidmətləri artıq var. Həmçinin,əmlaka görə mülki məsuliyyəti də icbari və könüllü qaydada sığortalayırıq".

Xatırladaq ki, "Qala Sığorta" şirkəti "Çartis-Azərbaycan" sığorta şirkətinin bazasında yaradılıb. Şirkətin 100% səhmdarı "AzRe Təkrarsığorta" ASC-dir.

Son xəbərlər

Orphus sistemi