"Qala Sığorta"nın yığımları 62 dəfə artıb

"Qala Sığorta"nın yığımları 62 dəfə artıb Hesabat dövründə şirkətin ödənişləri isə olmayıb
Maliyyə
16 Noyabr , 2016 17:32
Qala Sığortanın yığımları 62 dəfə artıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında "Qala Sığorta" ASC-nin yığımları 3 867 362 manat təşkil edib. 

Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 62,24 dəfə çoxdur.

Ötən ilin yanvar-oktyabrında "Qala Sığorta" 62 133 manat sığorta haqqı toplayıb. 

Bu ilin ilk 10 ayı ərzində Şirkətin ödənişləri isə olmayıb. "Qala Sığorta"da bunu sığorta hadisələrinin baş verməməsi ilə izah edirlər. Ötən ilin eyni dövründə "Qala Sığorta" 53 341 manat ödəniş edib.

Xatırladaq ki, "Qala Sığorta" şirkəti 1999-cu ildən fəaliyyət göstərən "Çartis Azərbaycan" şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 6 786 500 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 19,39 manat olan 350 min səhm əsasında formalaşıb. Şirkətin 100% səhmləri "AzRe Təkrarsığorta" ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi