“Qala Sığorta”nın xalis mənfəəti 50 %-dən çox artıb

Maliyyə
  • 18 mart, 2025
  • 17:06
“Qala Sığorta”nın xalis mənfəəti 50 %-dən çox artıb

“Qala Sığorta” ASC 2024-cü ili 14,878 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 50,4 % çoxdur.

Ötən il “Qala Sığorta”nın gəlirləri 78,157 milyon manat (əvvəlki ilə nisbətən 41,1 % çox), xərcləri 59,901 milyon manat (39,2 % çox ), mənfəət vergisi ödəmələri isə 3,378 milyon manat (37,4 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Qala Sığorta”nın aktivləri 86,995 milyon manat olub ki, bu da illik müqayisədə 24,3 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 27,6 % artaraq 55,71 milyon manata, balans kapitalı isə 18,9 % artaraq 31,285 milyon manata, o cümlədən nizamnamə kapitalı 12 % artaraq 10,018 milyon manata çatıb.

Xatırladaq ki, "Qala Sığorta" 1999-cu ildən fəaliyyət göstərən "Çartis Azərbaycan" şirkətinin bazasında yaradılıb.