“Qala Sığorta”nın xalis mənfəəti 4 dəfədən çox artıb

Maliyyə
  • 30 mart, 2022
  • 05:33
“Qala Sığorta”nın xalis mənfəəti 4 dəfədən çox artıb

“Qala Sığorta” ASC 2021-ci ili 9,373 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 4,4 dəfə çoxdur.

Ötən il “Qala Sığorta”nın gəlirləri 43,361 milyon manat (əvvəlki ilə nisbətən 20% çox), xərcləri 31,673 milyon manat (5,1% az), mənfəət vergisi ödəmələri isə 2,315 milyon manat (4,7 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Qala Sığorta”nın aktivləri 52,887 milyon manat olub ki, bu da illik müqayisədə 11,3% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 7,3% azalaraq 33,046 milyon manat, balans kapitalı isə 66,7% artaraq 19,842 milyon manat, o cümlədən nizamnamə kapitalı 11,1% artaraq 8,944 milyon manat olub.

Xatırladaq ki, "Qala Sığorta" 1999-cu ildən fəaliyyət göstərən "Çartis Azərbaycan" şirkətinin bazasında yaradılıb. Şirkətin səhmləri 100% "AzReTəkrarsığorta" ASC-yə ("Qala Həyat Sığorta" ASC-nin 90%-lik səhmdarı) məxsusdur.