“Qala Sığorta”nın xalis mənfəəti 13 % artıb
- 20 aprel, 2023
- 07:20
Yeniliklərdən dərhal xəbərdar olun!
“Qala Sığorta” ASC 2022-ci ili 10,567 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 12,7% çoxdur.
Ötən il “Qala Sığorta”nın gəlirləri 42,418 milyon manat (əvvəlki ilə nisbətən 2,2 % az), xərcləri 29,054 milyon manat (8,3 % az), mənfəət vergisi ödəmələri isə 2,796 milyon manat (20,8 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Qala Sığorta”nın aktivləri 63,089 milyon manat olub ki, bu da illi müqayisədə 19,3 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 17,1 % artaraq 38,68 milyon manata, balans kapitalı isə 23 % artaraq 24,409 milyon manata çatıb.
Xatırladaq ki, "Qala Sığorta" 1999-cu ildən fəaliyyət göstərən "Çartis Azərbaycan" şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 8,944 milyon manatdır.