"Qala Sığorta"da yeni təyinat olub

"Qala Sığorta"da yeni təyinat olub Şirkətin yeni yaradılmış departamentinə direktor təyin edilib
Maliyyə
2709
1 Sentyabr , 2016 11:32
Qala Sığortada yeni təyinat olub

Bakı. 1 sentyabr. REPORT.AZ/ "Qala Sığorta" ASC-nin yeni yaradılmış Satış Departamentinə direktor təyin edilib. Şirkətdən "Report"a verilən məlumata görə, bu vəzifəyə Seymur Sərxanov gətirilib.

Xatırladaq ki, "Qala Sığorta" şirkəti 1999-cu ildən fəaliyyət göstərən "Çartis-Azərbaycan" şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 6 786 500 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 19,39 manat olan 350 min səhm əsasında formalaşıb. Səhmlər 100% "AzRe Təkrarsığorta" ASC-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi