“Qala Həyat Sığorta"nın xalis mənfəəti 65 % artıb
- 29 mart, 2023
- 12:48
Yeniliklərdən dərhal xəbərdar olun!
“Qala Həyat Sığorta" ASC 2022-ci ili 7,842 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 65,4% çoxdur.
Ötən il “Qala Həyat Sığorta"nın gəlirləri 22,405 milyon manat (əvvəlki ilə nisbətən 15,8 % çox), xərcləri 12,557 milyon manat (4,9 % az), mənfəət vergisi ödəmələri isə 2,006 milyon manat (42,8 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Qala Həyat Sığorta"nın aktivləri 43,22 milyon manat olub ki, bu da illik müqayisədə 5,3 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 18,4 % azalaraq 18,134 milyon manata düşüb, balans kapitalı isə 7,1 % artaraq 25,086 milyon manata çatıb.
Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13 041 600 manatdır. Şirkətin səhmlərinin 90 %-i "AzRe Təkrarsığorta” ASC-yə (“Qala Sığorta” ASC-nin 100 %-lik səhmdarı), 10 %-i isə Kamal İbrahimova (Direktorlar Şurasının sədri) məxsusdur.