"Qala Həyat Sığorta"nın xalis mənfəəti 55% artıb

"Qala Həyat Sığorta"nın xalis mənfəəti 55% artıb "Qala Həyat Sığorta" ASC 2019-cu ili 2,621 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
130
1 Aprel , 2020 21:11
Qala Həyat Sığortanın xalis mənfəəti 55% artıb

"Qala Həyat Sığorta" ASC 2019-cu ili 2,621 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 55,2% çoxdur.

Ötən il "Qala Həyat Sığorta"nın gəlirləri 18,189 milyon manat (illik müqayisədə 21,7% az), xərcləri 14,915 milyon manat (29,5% az), mənfəət vergisi ödəmələri isə 652 min manat (70,1% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Qala Həyat Sığorta”nın aktivləri 35,892 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,9% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 27,2% azalaraq 12,403 milyon manata düşüb, balans kapitalı isə 13,5% artaraq 23,489 milyon manata, o cümlədən nizamnamə kapitalı 1,3% artaraq 13,042 milyon manata çatıb.

Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Şirkətin səhmdarları "AzRe Təkrarsığorta" ASC və “Quna" MMC-dir.

Son xəbərlər

Orphus sistemi