“Qala Həyat Sığorta"nın xalis mənfəəti 2 dəfədən çox artıb
- 29 mart, 2022
- 05:09
Yeniliklərdən dərhal xəbərdar olun!
“Qala Həyat Sığorta" ASC 2021-ci ili 4,741 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 2,2 dəfə çoxdur.
Ötən il “Qala Həyat Sığorta"nın gəlirləri 19,351 milyon manat (əvvəlki ilə nisbətən 10,6% çox), xərcləri 13,205 milyon manat (9% az), mənfəət vergisi ödəmələri isə 1,405 milyon manat (77,7% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Qala Həyat Sığorta"nın aktivləri 45,631 milyon manat olub ki, bu da illik müqayisədə 17,2% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 67,7% artaraq 22,212 milyon manata çatıb, balans kapitalı isə 8,8% azalaraq 23,419 milyon manata düşüb.
Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13 041 600 manatdır. Şirkətin səhmlərinin 90 %-i "AzRe Təkrarsığorta” ASC-yə (“Qala Sığorta” ASC-nin 100 %-lik səhmdarı), 10 %-i isə Kamal İbrahimova (Direktorlar Şurasının sədri) məxsusdur.