“Qala Həyat Sığorta”nın xalis mənfəəti 2 dəfə azalıb

“Qala Həyat Sığorta”nın xalis mənfəəti 2 dəfə azalıb Bakı. 6 aprel. REPORT.AZ/ “Qala Həyat Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 38,945 mln. manat təşkil edib.
Maliyyə
6 Aprel , 2018 15:02
“Qala Həyat Sığorta”nın xalis mənfəəti 2 dəfə azalıb

Bakı. 6 aprel. REPORT.AZ/ “Qala Həyat Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 38,945 mln. manat təşkil edib.

“Report” Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 14,8% azdır.

2017-ci ildə “Qala Həyat Sığorta”nın cəmi öhdəlikləri 28,75% azalaraq 19,938 mln. manata düşüb, cəmi kapitalı isə 7,3% artaraq 19,007 mln. manata çatıb.

Ötən il “Qala Həyat Sığorta”nın gəlirləri 29,924 mln. manat (əvvəlki ilə nisbətən 25,2% az), xərcləri isə 28,281 mln. manat (23% az) təşkil edib. Son nəticədə Şirkətin maliyyə mənfəəti 1,643 mln. manat olub ki, bu da illik müqayisədə 49,7% azdır.

2017-ci ildə “Qala Həyat Sığorta” 2016-cı ilə nisbətən 47,8% az – 354 min manat mənfəət vergisi ödəyib və ili 1,289 mln. manat xalis mənfəətlə başa vurub. Bu, 2016-cı illə müqayisədə 50,2% azdır. 

Son xəbərlər

Orphus sistemi