“Qafqaz-Kredit” BOKT-un xalis mənfəəti 61% azalıb

“Qafqaz-Kredit” BOKT-un xalis mənfəəti 61% azalıb “Qafqaz-Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 12 min manat xalis mənfəətlə başa vurub.
Maliyyə
3 İyun , 2021 15:05
“Qafqaz-Kredit” BOKT-un xalis mənfəəti 61% azalıb

“Qafqaz-Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 12 min manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 61,3% azdır.

Ötən il “Qafqaz-Kredit”in vergiyəqədərki mənfəəti 15 min manat (əvvəlki ilə nisbətən 61,5% az), mənfəət vergisi ödəmələri isə 3 min manat (62,5% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Qafqaz-Kredit”in aktivləri 1,29 milyon manat olub ki, bu da illik müqayisədə 13,2% çoxdur. Bunun 965 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 18% böyüyüb.

Hesabat dövründə “Qafqaz-Kredit”in öhdəlikləri 48,9% artaraq 420 min manata, balans kapitalı isə 1,3% artaraq 869 min manata çatıb.

Xatırladaq ki, “Qafqaz-Kredit” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 592 min manatdır. BOKT-un təsisçiləri Arif Qurbanov (direktor, 33,3%), Xalisə Əminova (33,4%) və Züleyxa Rəsulovadır (33,3%).

Son xəbərlər

Orphus sistemi