PwC: “Biz "Neftçi" ilə bağlı hesabatı menecmentə deyil Şuraya təqdim edəcəyik”

PwC: “Biz "Neftçi" ilə bağlı hesabatı menecmentə deyil Şuraya təqdim edəcəyik” M.Paşayevin sözlərinə görə, PwC mart ayında “Neftçi”nin auditinə başlaya bilər
Maliyyə
251
16 Yanvar , 2017 18:18
PwC: “Biz Neftçi ilə bağlı hesabatı menecmentə deyil Şuraya təqdim edəcəyik”

Bakı. 16 yanvar. REPORT.AZ/ "Pricewaterhouse Coopers (PwC) - Azerbaijan" şirkəti "Neftçi" futbol klubunda auditin hazırkı durumuna aydınlıq gətirib. Şirkətin ölkə üzrə idarəedici partnyoru və Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) Direktorlar Şurasının üzvü Mövlan Paşayev "Report"a açıqlamasında 2016-cı il üzrə auditə hələ başlanılmadığını bildirib. 

Onun fikrincə, proses martda start götürə bilər. M.Paşayev hazırda prioritet məsələlərin həll edilməkdə olduğunu söyləyib: “Klubda böyük dəyişiklikdən sonra "Neftçi"yə yeni mencment gəlib. Bu baxımdan, onlar indi, möcud vəziyyətin nə yerdə olduğunu başa düşməlidirlər. Mən bu yaxınlarda klubun icraçı direktorunun maliyyə məsələləri üzrə müavini Elnur Eyvazovla görüşdüm. Həmçinin Şuranın bəzi üzvləri ilə müzakirələr apardım. 2016-cı il üzrə auditi hələ başlamayıb. Bildiyim qədərilə prioritet məsələlər həll edilməkdədir. Bu ilin ilk aylarında klub tərəfindən maliyyə hesabatları hazırlanmalıdır. Sözsüz ki, bundan sonra biz auditə başlayacağıq. Biz öz hesabatımızı menecmentə deyil, Müşahidə Şurasına təqdim edəcəyik. Yaxın 1-2 aya hesabatların hazırlanıb bizə təqdim ediləcəyini düşünürəm və normal olsa, mart, yaxud apreldə öz işimizə başlaya bilərik”.

Son xəbərlər

Orphus sistemi