Azərbaycanda əhaliyə xidmət üzrə “Nağd pul ofisi” yaradılıb

Azərbaycanda əhaliyə xidmət üzrə “Nağd pul ofisi” yaradılıb Azərbaycan Mərkəzi Bankı (AMB) "Tədavüldə təmiz pul siyasəti”nin realizasiyası, pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi istiqamətində tədbirləri davam etdirir
Maliyyə
223
12 Aprel , 2021 11:26
Azərbaycanda əhaliyə xidmət üzrə “Nağd pul ofisi” yaradılıb

Azərbaycan Mərkəzi Bankı (AMB) "Tədavüldə təmiz pul siyasəti”nin realizasiyası, pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi istiqamətində tədbirləri davam etdirir.

"Report" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu çərçivədə əhalidə olan yararsız pul nişanlarının qəbul edilməsi, ekspertizası və dəyişdirilməsi, eləcə də nağd pulla bağlı sorğuların və müraciətlərin cavablandırılması məqsədilə AMB-də və onun ərazi idarələrində (Naxçıvan MR İdarəsi, Gəncə, Biləsuvar və Quba Regional Mərkəzləri, Yevlax Ehtiyat Mərkəzi) əhaliyə xidmət ofisləri təşkil edilib. Qurumun Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 27 ünvanında yerləşən inzibati binasında isə əhaliyə xidmət üzrə yeni “Nağd pul ofisi” yaradılıb.

Vətəndaşlar sabahdan etibarən həftənin çərşənmə axşamı və cümə axşamı günləri, saat 10:00-dan 13:00-dək qeyd edilən ünvanda yerləşən əhaliyə xidmət üzrə “Nağd pul ofisi”nə yaxınlaşaraq milli pul nişanlarını ekspertizaya təqdim edə və zədələnmiş pulları dəyişdirə bilər.

Əlavə suallarla bağlı AMB-nin “Qaynar xətt”inə (966) müraciət oluna bilər.

Son xəbərlər

Orphus sistemi