“PSG Finans” BOKT-a yeni təsisçi gəlib

“PSG Finans” BOKT-a yeni təsisçi gəlib “PSG Finans” MMC bank olmayan kredit təşkilatına (BOKT) yeni təsisçi gəlib.
Maliyyə
298
6 Avqust , 2020 14:21
“PSG Finans” BOKT-a yeni təsisçi gəlib

“PSG Finans” MMC bank olmayan kredit təşkilatına (BOKT) yeni təsisçi gəlib.

“Report” xəbər verir ki, bu, BOKT-un nizamnamə kapitalının 2,55 milyon manat və yaxud 2,5 dəfə artırılaraq 1,7 milyon manatdan 4,25 milyon manata çatdırılmasından sonra baş verib.

Belə ki, kapital artımı üçün vəsaiti kənar investor – “Practical Solutions Middle East FZ” şirkəti təmin edib və “PSG Finans”da 60%-lik təsis payına sahib olub. Əvəzində digər 2 təsisçinin – Faiq Məmmədovun (“PSG Kapital İnvestisiya Şirkəti” QSC-nin 100%-lik səhmdarı) və “Chaparxana KFT” şirkətinin payları ayrı-ayrılıqda 50%-dən 20%-ə düşüb.

Xatırladaq ki, “PSG Finans” 2013-cü ildə yaradılıb.

Son xəbərlər

Orphus sistemi