Proqnoz: ​Bu gün neft bahalaşa bilər

Proqnoz: ​Bu gün neft bahalaşa bilər Yaxın illərdə neft qiymətlərinin 20-50 dollar/barel diapazonunda dalğalanması proqnozlaşdırılır
Maliyyə
125
13 Yanvar , 2016 10:12
Proqnoz: ​Bu gün neft bahalaşa bilər

Bakı. 13 yanvar. REPORT.AZ/ Amerika Neft İnstitutu (API) tərəfindən könüllü olaraq tərtib edilən göstəricilərə əsasən, ABŞ-da keçən həftə neft ehtiyatları 3,9 mln. barel azalıb. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, API-nin açıqladığı məlumat ənənəvi olaraq ABŞ-ın Energetika İnformasiyaları Agentliyinin (EİA) rəsmi həftəlik neft ehtiyatlarındakı dəyişikliklərin ilkin siqnalıdır.

API-nin göstəricilərinə əsasən, ABŞ-ın Kuşinq neft anbarlarında ehtiyatlar ötən həftə 300 min barel azalıb, benzin ehtiyatı isə 7,04 mln. barel, neft məhsulları isə analoji dövrdə 3,67 mln. barel artıb.

"Report"un analitik qrupu hesab edir ki, ABŞ-da neft ehtiyatları statistikasının açıqlanması ilə neft qiymətlərinin 32-33 dollar/barelə qədər artması mümkündür. Lakin uzunmüddətli perspektivdə neftin qiyməti azalma tendensiyasını davam etdirəcək və 23-28 dollar/barel diapazonunda öz minimal səviyyəsini müəyyənləşdirəcək. Yaxın illərdə neft qiymətlərinin 20-50 dollar/barel diapazonunda dalğalanması proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi