Proqnoz: Avro bu il ucuzlaşacaq

Proqnoz: Avro bu il ucuzlaşacaq ECB: Avrozona iqtisadiyyatının əlavə monetar stimullaşdımaya ehtiyacı var
Maliyyə
23 Noyabr , 2016 17:34
Proqnoz: Avro bu il ucuzlaşacaq

Bakı. 23 noyabr. REPORT.AZ/ Avropa Mərkəzi Bankı (ECB) bölgə iqtisadiyyatını ultrayumşaq monetar siyasət vasitəsilə dəstəklənməsini davam etdirməlidir. 

"Report"un "Vestifinance.ru" saytına istinadən verdiyi xəbərə görə, bunu ECB-nin rəhbəri Mario Dragi (Mario Draghi) Strasburqda çıxışı zamanı bildirib. 

Bununla da ECB dekabrın 8-də keçirəcəyi növbəti iclasında istiqrazların alınması üsulu ilə monetar ekspansiya proqramını davam etdirilməsinə razılıq verəcəyinə işarə edib. 

"Reuters" agentliyi bildirir ki, bu proqram böyük ehtimalla 2017-ci ilin martından sonra da davam edəcək. 

 ECB ayda 80 mlrd. avro (85 mlrd. ABŞ dolları) həcmində istiqraz alaraq maliyyə bazarlarını likvidliklə təmin edir.

M.Dragi çıxışında daha qəti addımlar atılmasının zəruriliyini bildirərək, avrozona iqtisadiyyatındakı zəifliyi aradan qaldırmaq istədiyini xatırladıb. 

Münhendə çıxış edən ECB-nin İdarə Heyətinin üzvü Benua Kene isə öz növbəsində bankın dayanıqlı inflyasiyaya nail olana qədər proqramın davam etdirilməsinin gərəkliyini deyib.

"Report"un analitik qrupu bildirir ki, dekabrın 8-də ECB-nin iclasında monetar ekspansiyaya davam etmə qərarı alınarsa və ABŞ Federal Ehtiyat Sisteminin (FES) dekabrın 13-14-də uçot dərəcəsini artırması avronun ucuzlaşmasına və eyni zamanda dolların məzənnəsinin yüksəlməsinə gətirib çıxaracaq. Bu isə USD/EUR məzənnəsinin ilin sonuna kimi paritetə düşməsini təmin edəcək.

Son xəbərlər

Orphus sistemi