Prezident: "Azərbaycanın xarici borcunu 2030-cu ilin sonuna qədər endirməyi planlaşdırırıq"

Prezident: "Azərbaycanın xarici borcunu 2030-cu ilin sonuna qədər endirməyi planlaşdırırıq" Son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır.
Maliyyə
28 Noyabr , 2021 12:35
Prezident: Azərbaycanın xarici borcunu 2030-cu ilin sonuna qədər endirməyi planlaşdırırıq

"Son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır".

“Report” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Aşqabadda İƏT-in XV Zirvə toplantısında çıxışında deyib.

Dövlət başçısı bildirib: "Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir.

Bizim strateji valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 6 dəfə çoxdur.

Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun, sadəcə, 17,3 faizini təşkil edir. Biz 2030-cu ilin sonuna qədər bu rəqəmi 10 faizə endirməyi planlaşdırırıq".

Son xəbərlər

Orphus sistemi