“Premium Bank”ın xalis mənfəəti 45% azalıb

“Premium Bank”ın xalis mənfəəti 45% azalıb “Premium Bank” ASC 2019-cu ili 8,868 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
28 Yanvar , 2020 10:41
“Premium Bank”ın xalis mənfəəti 45% azalıb

“Premium Bank” ASC 2019-cu ili 8,868 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 44,8% azdır.

Ötən il “Premium Bank”ın gəlirləri 59,426 milyon manat (illik müqayisədə 0,5% çox), xərcləri 47,407 milyon manat (3,9% az), xüsusi ehtiyatlara ayırmaları 1,812 milyon manat (əvvəlki il qənaət edib), mənfəət vergisi ödəmələri isə 2,339 milyon manat (21,8% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Premium Bank”ın aktivləri 642,456 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,6% azdır. Bunun 562,322 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə Bankın kredit portfeli 3,5% kiçilib.

Hesabat dövründə “Premium Bank”ın öhdəlikləri 0,6% artaraq 514,49 milyon manata, o cümlədən depozit portfeli 1% artaraq 470,845 milyon manata çatıb, balans kapitalı isə 5% azalaraq 127,967 milyon manata düşüb.

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 104,601 milyon manatdır. Bankın səhmlərinin 84,48%-i Zərifə Həmzəyevaya, 15,22%-i "VIP Aviation Services" MMC-yə, 0,31%-i isə Elvira Əhmədovaya məxsusdur.

Son xəbərlər

Orphus sistemi