“Premium Bank”ın xalis mənfəəti 31% azalıb

“Premium Bank”ın xalis mənfəəti 31% azalıb “Premium Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 7,65 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
26 Oktyabr , 2020 10:44
“Premium Bank”ın xalis mənfəəti 31% azalıb

“Premium Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 7,65 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 31% azdır.

9 ay ərzində “Premium Bank”ın gəlirləri 37,428 milyon manat (illik müqayisədə 18,1% az), xərcləri 33,801 milyon manat (2,6% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 5,191 milyon manat (1 il bundan əvvəl ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri isə 1,169 milyon manat (21,8% az) təşkil edib.

Bu il oktyabrın 1-nə “Premium Bank”ın aktivləri 670,342 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 16,3% çoxdur. Bunun 564,287 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 15,2% böyüyüb.

Hesabat dövründə “Premium Bank”ın öhdəlikləri 8,8% artaraq 485,288 milyon manata, o cümlədən depozit portfeli 8,6% artaraq 431,188 milyon manata, balans kapitalı isə 41,9% artıraraq 185,054 milyon manata, o cümlədən nizamnamə kapitalı 47,8% artaraq 154,601 milyon manata çatıb.

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Bankın səhmdarları Zərifə Həmzəyeva, "VIP Aviation Services" MMC və Elvira Əhmədovadır.

Son xəbərlər

Orphus sistemi