"Premium Bank"ın mənfəəti 2 dəfə artıb

"Premium Bank"ın mənfəəti 2 dəfə artıb Premium Bank ASC bu ilin I rübünü 6,1 milyon manat mənfəətlə başa vurub.
Maliyyə
27 Aprel , 2020 17:19
Premium Bankın mənfəəti 2 dəfə artıb

"Premium Bank" ASC bu ilin I rübünü 6,1 milyon manat mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2 dəfə çoxdur.

Yanvar-mart aylarında "Premium Bank"ın gəlirləri 13,4 milyon manat (illik müqayisədə 14,6% az), xərcləri 11,9 milyon manat (8,8% az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 4,6 milyon manat (12,2 dəfə çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə "Premium Bank"ın aktivləri 640,1 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,1% azdır. Bunun 569,1 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 3,2% kiçilib.

Hesabat dövründə "Premium Bank"ın öhdəlikləri 2,2% azalaraq 505,3 milyon manata, o cümlədən depozit portfeli 1,2% azalaraq 459,4 milyon manata, balans kapitalı isə 1,8% azalaraq 134,8 milyon manata düşüb.

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 104,6 milyon manatdır. Bankın səhmlərinin 84,48%-i Zərifə Həmzəyevaya, 15,22%-i "VIP Aviation Services" MMC-yə, 0,31%-i isə Elvira Əhmədovaya məxsusdur.

Son xəbərlər

Orphus sistemi