“Premium Bank”ın kredit portfeli 4 % kiçilib
- 17 iyul, 2023
- 11:47
“Premium Bank” ASC bu ilin I yarısını 5,112 milyon manat mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 65,5 dəfə çoxdur.
Yanvar-iyun aylarında “Premium Bank”ın gəlirləri 24,718 milyon manat (illik müqayisədə 8,3 % çox), xərcləri 19,898 milyon manat (14,2 % çox), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti 291 min manat (1 il bundan əvvəl ehtiyat yaradıb) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il iyulun 1-nə “Premium Bank”ın aktivləri 736,786 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,9 % çoxdur. Bunun 461,183 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 3,6 % kiçilib.
Hesabat dövründə “Premium Bank”ın öhdəlikləri 10,7 % artaraq 557,454 milyon manata, o cümlədən depozit portfeli 12,2 % artaraq 512,313 milyon manata, balans kapitalı isə 0,2 % artaraq 179,333 milyon manata çatıb.
Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 154,601 milyon manatdır. Bankın səhmdarları 84,46 % payla Zərifə Həmzəyeva, 15,22 % payla "VIP Aviation Services" MMC və 0,32 % payla Elvira Əhmədovadır.