“Premier Kredit” BOKT-nin aktivləri 10% azalıb

“Premier Kredit” BOKT-nin aktivləri 10% azalıb “Premier Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 9,6% azalaraq 3,871 milyon manat təşkil edib.
Maliyyə
13 İyul , 2019 14:14
“Premier Kredit” BOKT-nin aktivləri 10% azalıb

“Premier Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 9,6% azalaraq 3,871 milyon manat təşkil edib.

“Report” bu barədə BOKT-nin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Premier Kredit”in müştərilərə verdiyi xalis kreditlər isə 5,8% azalaraq 3,568 milyon manata düşüb.

Hesabat dövründə BOKT-nin cəmi öhdəlikləri 11,5% azalaraq 3,462 milyon manat, cəmi kapitalı isə 10,8% artaraq 0,409 milyon manat, o cümlədən nizamnamə kapitalı 3,4% artaraq 0,366 milyon manat olub. 

“Premier Kredit” 2018-ci ili 35 min manat xalis mənfəətlə başa vurub. Bu, 2017-ci ilə nisbətən 2,9 dəfə çoxdur. 

Son xəbərlər

Orphus sistemi