​Azərbaycanda POS-terminal vasitəsilə nağdsız ödənişlər 6% artıb

​Azərbaycanda POS-terminal vasitəsilə nağdsız ödənişlər 6% artıb Noyabrda POS-terminallar vasitəsilə 35 mln. manat həcmində nağdsız ödəniş həyata keçirilib
Maliyyə
10 Yanvar , 2015 13:26
​Azərbaycanda POS-terminal vasitəsilə nağdsız ödənişlər 6% artıb

Bakı. 10 yanvar. REPORT.AZ/ 2014-cü ilin noyabr ayında Azərbaycanda debet və kredit kartları ilə POS-terminallar vasitəsilə 35 mln. manat həcmində 836 min nağdsız ödəniş həyata keçirilib.

“Report”un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bu da oktyabrla müqayisədə nağdsız ödənişlərin həcminin 6,06%, sayının isə 4,76% artmasını göstərir. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə isə ödənişlərin həcmində 5,41%, sayında isə 26,79% azalma müşahidə olunub.

Mərkəzi Bankın hesabatına əsasən, Azərbaycanda quraşdırılan POS-terminalların sayı illik 2,1%, aylıq isə 6,8% artaraq 2014-cü il dekabrın 1-nə 68 676-ya çatıb. Terminalların 47 250-si və ya 68,8%-i Bakı, 21 426 ədədi və ya 31,2%-i isə regionlarda quraşdırılıb. Azərbaycanda 2014-cü il dekabrın 1-nə hər 100 nəfərə 1 POS-terminal düşüb.

Hesabat dövründə terminalların sayındakı artım nəticəsində 1 POS-terminala düşən əməliyyatların orta aylıq sayı illik 2,8 dəfə azalaraq 12,5-ə, həcmi isə 2 dəfə azalaraq 1 373 manat təşkil edib. Bir POS-terminal üzərindən aparılan əməliyyatların orta aylıq məbləği isə illik 37,2% artaraq dekabrın 1-nə hər bir müştəri üzrə 105 manata çatıb.

2014-cü il dekabrın 1-nə Azərbaycanda 5, 948 mln. ödəniş kartı dövriyyədə olub. Həmin kartların 1,265 mln.-u kredit kartları, 4,683 mln.-u isə debet kartları olub. Debet kartlarının isə 1,429 mln. əmək haqqı, 2,843 mln. sosial kartlar, 771 minini isə digər debet kartları təşkil edib. 

Son xəbərlər

Orphus sistemi