Polşa Azərbaycanla əməkdaşlığı gücləndirəcək

Polşa Azərbaycanla əməkdaşlığı gücləndirəcək Bakı. 20 noyabr. REPORT.AZ/ Polşa Azərbaycan və Gürcüstanla əməkdaşlığı daha da gücləndirmək istəyir. 
Maliyyə
20 Noyabr , 2017 16:08
Polşa Azərbaycanla əməkdaşlığı gücləndirəcək
Report

Bakı. 20 noyabr. REPORT.AZ/ "Polşa Azərbaycan və Gürcüstanla əməkdaşlığı daha da gücləndirmək istəyir". 

"Report" xəbər verir ki, bunu Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marek Calkada "Hesablama Palatasının İnstitusional və funksional potensialının gücləndirilməsi" adlı tvinninq layihəsinin rəsmi açılışında deyib.

"Hər bir ölkənin uğurlu inkişafı üçün həlledici alət keyfiyyətli dövlət adminstrasiyasıdır. "Hesablama Palatasının institusional və funksional potensialının gücləndirilməsi" tvinninq layihəsinin icrası da bu baxımdan çox vacibdir və 27 aydan sonra məhsuldar nəticələr əldə olunacaq, Azərbaycanın müasir inkişaf etmiş ölkəyə çevrilməsinə kömək edəcək" - deyə o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi