Polis hissələrindən başqa quruma keçən əməkdaşların vəzifə maaşı saxlanılacaq

Polis hissələrindən başqa quruma keçən əməkdaşların vəzifə maaşı saxlanılacaq Nazirlər Kabinetinin qərarına dəyişiklik edilib
Maliyyə
263
23 Sentyabr , 2017 05:15
Polis hissələrindən başqa quruma keçən əməkdaşların vəzifə maaşı saxlanılacaq

Bakı. 23 sentyabr. REPORT.AZ/ Nazirlər Kabinetinin “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edilib.

“Report”un xəbərinə görə, qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Dəyişikliyə görə, daxili normativ aktla müəyyən edilmiş yaş həddinə çatdığına görə xidmət yeri xüsusitəyinatlı nizami polis hissələrindən başqa struktur qurumlara dəyişdirilən əməkdaşların sonuncu xidmət yeri üzrə vəzifə maaşı saxlanılacaq.

Son xəbərlər

Orphus sistemi