“Plato Capital and Co. İnvestisiya Şirkəti” nizamnamə kapitalını artırır
- 01 may, 2024
- 12:11
Yeniliklərdən dərhal xəbərdar olun!
“Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC nizamnamə kapitalını 170 400 manat və yaxud 20,9 % artıraraq 816 000 manatdan 986 400 manata çatdırmağı planlaşdırır.
"Report" xəbər verir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 1,2 manat olan 142 min yeni səhm buraxılacaq.
Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək.
Xatırladaq ki, “Plato Capital and Co.” 2002-ci ildə "Texnika Kapital Menecment" adı ilə yaradılıb, 2015-ci ildə adını "Kapital Menecment"ə, 2018-ci ildə "Plato Menecment"ə dəyişib, 2019-cu ildə yenidən rebrendinq edib. İnvestisiya şirkətinin səhmlərinin 99%-i Böyük Britaniyanın “Plato Capital International Holding Limited” investisiya şirkətinə, 1%-i isə Birləşmiş Ərəb Əmirliklərinin “Fubies Bia Investments Lımıted” investisiya şirkətinə məxsusdur.